Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində təkrar ali təhsil üzrə müsahibə mərhələsi keçirilib
Yerləşdirilmə tarixi : 09 İyul 2025 14:44
Sumqayıt Dövlət Universitetində təkrar ali təhsil üzrə müsahibə mərhələsi keçirilib
Sumqayıt Dövlət Universitetində (SDU) 2025/2026-cı tədris ili üzrə təkrar ali təhsil almaq istəyən namizədlərlə müsahibə mərhələsi həyata keçirilib. Universitetin Böyük akt zalında keçirilən tədbirdə çıxış edən SDU-nun Tədris Metodik Mərkəzinin direktoru, dosent Osman Hacıyev universitetin tələbəyönümlü yanaşmasından bəhs edərək, təkrar ali təhsilin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu proqram əmək bazarının dəyişən tələblərinə uyğun olaraq yeni ixtisaslara yiyələnmək istəyənlər üçün geniş imkanlar yaradır. Qəbul prosesi həm əyani, həm də qiyabi formada olmaqla yanaşı, Azərbaycan bölməsi üzrə aparılır. Dosent Osman Hacıyev əlavə edib ki, Sumqayıt Dövlət Universiteti təkrar ali təhsil sahəsində tədrisin keyfiyyətinə və seçim prosesində şəffaflığa xüsusi diqqət yetirir. Cari tədris ili üzrə sənəd qəbulu ümumilikdə 30 ixtisas üzrə həyata keçirilir. Görüş zamanı iştirakçıların sualları cavablandırılıb. Müsahibə mərhələsində iştirak edən namizədlər ixtisaslar üzrə formalaşdırılmış komissiyalar tərəfindən fərdi şəkildə dinlənilib. Onların əvvəlki təhsil təcrübəsi, seçdikləri ixtisas üzrə məlumatlılığı barədə suallara verdikləri cavablar əsasında komissiya heyəti tərəfindən qiymətləndirmə aparılıb. Qeyd edək ki, növbəti müsahibə 04.09.2025-ci il tarixində keçiriləcək.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az