Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da təhsil almaq istəyən əcnəbi tələbələrin qəbulu başladı
Yerləşdirilmə tarixi : 15 İyul 2025 17:28
SDU-da təhsil almaq istəyən əcnəbi tələbələrin qəbulu başladı
2025/2026-cı tədris ilində Sumqayıt Dövlət Universitetinin hazırlıq kursu, bakalavr və ya magistratura səviyyələrində təhsil almaq istəyən əcnəbi vətəndaşlar elektron qaydada (portal.edu.az) müraciət edə bilərlər. Müraciətçi tərəfindən portal üzərindən aşağıdakı sənədlərin skan olunmuş surəti əlavə edilir:
 
· Etibarlı sərhədkeçmə sənədi (Xarici pasport);
· Sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
· Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) surəti;
· Tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda).
Bu il ilk dəfə olaraq SDU-da tədris olunan bütün ixtisas və ixtisaslaşmalara əcnəbi tələbələr də müraciət edə biləcək. İxtisaslar və təhsil haqqı ödənişləri barədə ətraflı https://www.sdu.edu.az/az/6539

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az