Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ADPU-nun Quba filialının əməkdaşları SDU-da
Yerləşdirilmə tarixi : 11 Aprel 2025 17:21
ADPU-nun Quba filialının əməkdaşları SDU-da
 Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının bir qrup əməkdaşı aprelin 7-dən 11-dək Sumqayıt Dövlət Universitetinin (SDU) Filologiya fakültəsində “Məktəbəqədər təhsil” ixtisası üzrə təcrübə mübadiləsində iştirak ediblər.
Təcrübə zamanı onlar həmin ixtisas üzrə dərslərin tədrisi prosesini izləyib, fənn müəllimləri və fakültə rəhbərliyi ilə elmi-pedaqoji müzakirələr aparıblar. Aprelin11-də isə filialın müəllimləri Filologiya fakültəsinin müvafiq ixtisas üzrə IV kurs tələbələrinin təcrübə keçdikləri Sumqayıt şəhər 5 və 39 nömrəli körpələr evi uşaq bağçalarında olublar. Müəllimlər təcrübəçi tələbələrin bağçaların müxtəlif yaş qruplarında təşkil etdikləri məşğələ dərslərində iştirak ediblər.

Təcrübənin sonunda mübadilə iştirakçıları Filologiya fakültəsinin dekanı, dosent Günel Paşayevanın rəhbərliyi ilə keçirilmiş iclasda bu səfərin çox faydalı və maraqlı keçdiyini bildirərək öz təəssüratlarını bölüşüb, əldə etdikləri təcrübənin gələcək fəaliyyətlərində mühüm rol oynayacağını qeyd ediblər

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az