Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin əməkdaşları QS beynəlxalq reytinq nailiyyətinə görə təltif olunub
Yerləşdirilmə tarixi : 18 İyul 2025 12:57
Sumqayıt Dövlət Universitetinin əməkdaşları QS beynəlxalq reytinq nailiyyətinə görə təltif olunub
İyulun 18-də Sumqayıt Dövlət Universitetində (SDU) ali təhsil müəssisəsinin QS Dünya Universitetləri Reytinqində yer tutması məqsədilə səmərəli fəaliyyət göstərmiş əməkdaşlar təşəkkürnamələrlə təltif edilib. Tədbiri universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov açaraq rəhbərlik etdiyi ali məktəbin nüfuzlu beynəlxalq reytinqdə yer alması münasibətilə bütün kollektivi təbrik edib, bu nailiyyətin əldə olunmasında əməyi olan hər bir əməkdaşa təşəkkürünü bildirib. O, çıxışında həmçinin həyata keçirilən dövlət proqramları, universitetin hazırki durumu və qarşıda duran prioritet vəzifələr barədə məlumat verib. Bildirib ki, müasir dövrün çağırışlarına cavab vermək üçün hər bir əməkdaş öz ixtisas sahəsi ilə yanaşı, rəqəmsal bacarıqlarını da inkişaf etdirməli, texnoloji yeniliklərə uyğunlaşmalıdır. Bu gün QS Dünya Universitetləri Reytinqində yer almaq universitetin üzərinə daha böyük məsuliyyət qoyur və bu göstəricilər dayanıqlı inkişafın təmin olunması üçün davamlı fəaliyyət tələb edir. Professor Əminağa Sadıqov onu da əlavə edib ki, universitetin ilk dəfə olaraq QS Dünya Universitetləri Reytinqinə daxil olması onun güclü elmi-pedaqoji potensialının və məqsədyönlü inkişaf strategiyasının bariz göstəricisidir. O, bu nailiyyətin universitetin daha böyük uğurlarına təkan verəcəyinə inandığını bildirib və kollektivə davamlı uğurlar arzulayıb.
Sonra beynəlxalq reytinqə töhfə verən əməkdaşlara təşəkkürnamələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az