SDU-da Dayanıqlı inkişaf mövzusunda təlim
						
					
					
					
					
					
						 Aprelin 29-da Sumqayıt Dövlət Universtetinin (SDU)  Dayanıqlı İnkişaf Mərkəzinin təşəbbüsü ilə SOCAR Downstream Karbamid zavodunun SƏTƏMM üzrə meneceri Nurlan Axundov  tərəfindən “Dayanıqlılıq və ətraf mühitin idarə olunması, Sumqayıt Dövlət Universtetində dayanıqlı inkişafa transformasiya” mövzusunda təlim keçirilib. Təlimi Karyera və Məzunlarla İş Mərkəzinin direktor v.i.e. Ruhəngiz Əmirova açaraq, ölkədə dayanıqlı inkişafın təmin edilməsində əldə edilən nailiyyətlərdən, ali təhsil müəssisələrinin bu sahədəki rolundan, həmçinin universitetin iştirak etdiyi yerli və beynəlxalq layihələrdən danışıb. Universitetin Təbiət elmləri fakültəsinin dekanı, Dayanıqlı İnkişaf  Komitəsinin sədri, dosent Rəşad Səlimov çıxış edərək təlimin mövzusunun aktuallığını vurğulayaraq, SDU-da yaradılmış Dayanıqlı İnkişaf Mərkəzi, həmçinin fəaliyyət göstərən Dayanıqlı İnkişaf  Komitəsi haqqında məlumat verib. O, BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 17 qlobal hədəfi barədə danışaraq, bu məqsədlərin dünyanın davamlı gələcəyi üçün əhəmiyyətini qeyd edib. Sonra SOCAR Downstream Karbamid zavodunun SƏTƏMM üzrə meneceri, SDU-nun Dayanıqlı İnkişaf Məqsədləri üzrə eksperti Nurlan Axundov “Dayanıqlılıq nədir” mövzusunda çıxış edərək, dayanıqlı inkişafın məqsədləri,  prinsipləri, innovativ yaşıl yanaşmalar, yaşıl biznes konsepsiyası, universitetlə dayanıqlılıq arasındakı qarşılıqlı əlaqə və ətraf mühitin qorunması ilə bağlı ətraflı məlumat verib.O, həmçinin Sumqayıt Dövlət Universitetində dayanıqlı inkişafa doğru transformasiya imkanlarını və bu prosesdə tələbələrin fəal rolunu vurğulayıb. 
Qeyd edək ki, təlim iki gün davam edib
 Qeyd edək ki, təlim iki gün davam edib