Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti ilə Bayburt Universiteti arasında əməkdaşlığa start verildi
Yerləşdirilmə tarixi : 14 Avqust 2025 10:31
Sumqayıt Dövlət Universiteti ilə Bayburt Universiteti arasında əməkdaşlığa start verildi

14 avqust 2025-ci il tarixində Sumqayıt Dövlət Universitetində (SDU) Türkiyə Respublikasının Bayburt Universitetinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, SDU-nun rektoru v.i.e., professor Əminağa Sadıqov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Bayburt Universitetinin rektoru, professor Mutlu Türkmen, Beynəlxalq əlaqələr üzrə müşaviri dos. Umut Yıldırım və SDU-nun digər rəhbər şəxsələri iştirak etdilər.
Tədbiri açan professor Əminağa Sadıqov qonaqları salamlayaraq, son illər Azərbaycanın elm və təhsil sistemində həyata keçirilən islahatlarından və tətbiq olunan yeniliklərdən bəhs etdi. O, qeyd etdi ki, dövlətimiz universitetlərə tam müstəqil fəaliyyət imkanı yaratmaqla yanaşı onların maddi-texniki təchizatına və beynəlxalq əlaqələrinin, o cümlədən təqaüd və ikili diplom proqramlarının həyata keçirilməsinə hərtərəfli dəstək verir. Türkiyə universitetiləri ilə bu istiqamətdə əməkdaşlığın səviyyəsi və miqyası xüsusi çəkiyə malikdir. Sonra Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinin Azərbaycanın ali təhsil sistemindəki yerindən və əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, SDU bu gün nüfuzlu QS Dünya Universitetləri Reytinqində yer alan 9 Azərbaycan universitetindən biridir və 65 illik tarixi ərzində ölkənin sənayesi və digər sahələri üçün minlərlə ixtisaslı kadr yetişdirib. Sumqayıtın sənaye şəhəri olması SDU-nun tələbələri və məzunları üçün xüsusi imkanlar yaradır. Daha sonra çıxış edən Bayburt Universitetinin rektoru, professor Mutlu Türkmen rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verərək, universitetin fakültələri, tədris istiqamətləri və beynəlxalq əməkdaşlıq layihələrindən bəhs etdi.
Görüşün sonunda Sumqayıt Dövlət Universiteti və Bayburt Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Sənəd tələbə və müəllim mübadiləsi, birgə elmi layihələr, konfranslar və təcrübə proqramlarını əhatə edir.
Anlaşma memorandumunun imzalanmasından sonra qonaqlar universitetin kampusu ilə tanış oldular, SDU-nun maddi-texniki bazası, laboratoriyaları və tədris binaları barədə məlumat aldılar.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az