Əsas səhifə | Xəbərlər | Kollektivimiz Ulu Novruzun gəlişi şərəfinə təntənəli bayram tədbirində iştirak etdi
Kollektivimiz Ulu Novruzun gəlişi şərəfinə təntənəli bayram tədbirində iştirak etdi

Martın 18-də Sumqayıt şəhərində Ulu Novruzun gəlişi şərəfinə təntənəli ümumşəhər  bayram tədbiri  keçirildi. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun təbriki, xeyir duası ilə başlayan bayram tədbirində universitetimiz kollektiv şəkildə iştirak edərək, milli adət-ənənələri, atributları əks etdirən bayram çadırı ilə tədbirə rəng qatdı. Bayram tədbirində qədim el adət-ənənələrimiz və Novruz rəmzləri olan səməni, müxtəlif şirniyyat nümunələri ilə bəzədilmiş bayram xonçaları və milli mətbəximizin ləziz təamları göz oxşadı.
Bu unudulmaz sevinc dolu anlarda hər kəsin qəlbində bir arzu keçirdi: Gün o gün olsun ki, Bayrağımız Şuşa qalasında, İrəvan qalasında, Təbriz, Dərbənd, Borçalı qalalarında dalğalansın! Qəlbi dağlarda bayram tonqallarımız çatılsın!

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az