SDU tələbələrinin beynəlxalq uğuru
Sumqayıt Dövlət Universitetinin(SDU) Tarix və Coğrafiya, Filologiya və Təbiət Elmləri fakültələrinin 10 nəfərlik tələbə-müəllif heyəti “Şəhidlik və qəhrəmanlıq fenomeni: Azərbaycan xalqının tarixi irsində dini inam, Milli kimlik və Psixoloji dayanıqlılıq” mövzusunda məqalə ilə çıxış ediblər. Məqalə Amerika Birləşmiş Ştatlarının Filadelfiya ştatında keçirilən beynəlxalq elmi konfransın “World of Conferences” jurnalında dərc olunub. Bu uğur “Difai” və “PsixoHarmoniya” klublarının birgə layihəsi nəticəsində ərsəyə gəlib və tələbələrimizin elmi fəaliyyətində mühüm nailiyyətdir.
Tələbələrimizi təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq!
Tələbələrimizi təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq!