Sumqayıt Dövlət Universitetində təkrar ali təhsil üzrə növbəti müsahibə mərhələsi keçirilib
Sentyabrın 4-də Sumqayıt Dövlət Universitetində (SDU) 2025/2026-cı tədris ilində təkrar ali təhsil almaq istəyən namizədlər üçün növbəti müsahibə mərhələsi təşkil olunub.
Tədbiri Elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev açaraq, təkrar ali təhsilin cəmiyyət və əmək bazarı üçün əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, bu proqram çərçivəsində tələbələrə öz seçimləri ilə I və ya II kursdan başlamaq imkanı yaradılır, tədris prosesində qiyabi təhsilalma forması tətbiq olunur və zəruri sənədlərin qəbulu xüsusi qaydalar əsasında həyata keçirilir.
Daha sonra Tədris-Metodik Mərkəzin baş mütəxəssisi Sabir Behbudov çıxış edərək, namizədlərə müsahibə prosesinin gedişi, təkrar ali təhsilin üstünlükləri və tələbələrin maraqlandıran sualları barədə ətraflı məlumat verib.
Müsahibənin davamında iştirakçılar ixtisaslar üzrə formalaşdırılmış komissiyalar tərəfindən fərdi qaydada dinlənilib.
Qeyd edək ki, təkrar ali təhsil üzrə müsahibənin ilkin mərhələsi 9 iyul 2025-ci il tarixində keçirilib. SDU-da bu istiqamətdə görülən işlər əmək bazarının tələblərinə cavab verən, fərqli ixtisas əldə etmək istəyən şəxslərə yeni imkanlar qazandırmağı hədəfləyir.