Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Bilik Tədris Mərkəzi ilə görüş keçirilib
Yerləşdirilmə tarixi : 08 Sentyabr 2025 10:19
Bilik Tədris Mərkəzi ilə görüş keçirilib
 Sentyabrın 8-də Dayanıqlı İnkişaf Mərkəzində Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin və Mükəmməllik Mərkəzinin təşkilatçılığı ilə Bilik Tədris Mərkəzinin nümayəndələri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan şöbənin müdiri v.i.e. Aysel Eminova iştirakçıları salamlayıb, görüşün məqsədi barədə məlumat verib. Bilik Tədris Mərkəzinin direktoru Rövşən Abdulhəsənov çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyəti, əsas təlim istiqamətləri və təklif etdiyi proqramlar barədə danışıb. O, mərkəzin fərqli sahələrdə bilik və bacarıqların artırılması üçün imkanlar yaratdığını və bu baxımdan Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlığın önəmli olduğunu qeyd edib. Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib, iştirakçılar gələcəkdə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində təkliflərini səsləndiriblər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az