Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin kollektivi Novruz bayramı münasibəti ilə əsgərlərlə görüşdü
Universitetimizin kollektivi Novruz bayramı münasibəti ilə əsgərlərlə görüşdü

Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı münasibəti ilə universitetimizin kollektivi Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə oldular.
Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Turan Cəfərov və Klubun müdiri Xalidə Quliyeva çıxış edərək əsgərləri Novruz Bayramı münasibətilə təbrik etdilər və onlara xoş arzularını çatdırdılar. Bildirdilər ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. "Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. İnanırıq ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edəcəyik.
Böyük sevinc hissi ilə qeyd olunan bayram tədbirində hərbçilərə bayram sovqatları paylanmış və əsgərlərlə birgə bayram süfrəsi arxasında əyləşmiş,onlara çətin, şərəfli xidmətlərində  uğurlar arzulandı. Universitetimizin özfəaliyyət qrupunun kollektivinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı əsgərlərdə xoş ovqat yaratdı.
“N” saylı Hərbi hissənin rəhbərliyi universitetimizin “Gənclik” özfəaliyyət qrupunun kollektivini və Klubun müdiri Xalidə Quliyevanı Novruz bayramı münasibəti ilə hərbi hissədə təşkil olunan bayram tədbirində fəal iştirak etdiklərinə görə Fəxri Fərmanla təltif etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az