Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin kampusunda yeni tədris ilinə son hazırlıq işləri görülüb
Yerləşdirilmə tarixi : 11 Sentyabr 2025 11:54
Sumqayıt Dövlət Universitetinin kampusunda yeni tədris ilinə son hazırlıq işləri görülüb
 Sentyabrın 11-də Sumqayıt Dövlət Universitetində (SDU) 2025/2026-cı tədris ilinə hazırlıq çərçivəsində genişmiqyaslı səliqə-səhman, abadlıq və təmizlik işləri görülüb. Universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan tədbir ali məktəbin kollektivinin iştirakı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin texniki dəstəyi ilə həyata keçirilib. Universitetin bütün tədris binalarında aparılan işlərin əsas məqsədi kampusun estetik görünüşünü yaxşılaşdırmaq, ətraf mühiti sağlamlaşdırmaq və tələbələr üçün səmərəli təhsil və istirahət şəraitini təmin etmək olub. Bu çərçivədə yaşıllıq zolaqlarına mövsümi qulluq göstərilib, ağacların dibləri yumşaldılıb, əraziyə baxış keçirilib və digər abadlıq-təmizlik tədbirləri icra olunub. Hazırlıq işlərinə universitetin bütün fakültələrinin əməkdaşları fəal şəkildə qatılıb. SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov tədris binalarını gəzərək yeni dərs ilinə hazırlığın gedişi ilə yaxından maraqlanıb. O, əməkdaşların təşəbbüslərinə yüksək qiymət verərək auditoriyalarda və kampusun ərazisində yaradılan şəraitin tələbələrin təhsil prosesinə və asudə vaxtlarının səmərəli keçirilməsinə müsbət təsir göstərdiyini qeyd edib. Əminağa Sadıqov bildirib ki, SDU-ya bu il qəbul olunmuş tələbələrin sayındakı böyük artım universitetin professor-müəllim heyətində böyük ruh yüksəkliyi yaratmaqla bərabər, Sumqayıt şəhər ictimaiyyətinin də sevincinə səbəb olmuşdur. Professor Əminağa Sadıqov tədbirin təşkilinə göstərdiyi dəstəyə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib. Tədbirin sonunda abadlıq və təmizlik işlərində iştirak edən əməkdaşlar üçün çay süfrəsi təşkil olunub.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az