Sumqayıt Dövlət Universitetində “Code Academy”-nin payız semestri üzrə infosessiya təşkil olunub
Sentyabrın 18-də Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında Elm və Təhsil nazirliyinin dəstəyi ilə Code Academy-nin 2025/2026-cı tədris ili payız semestri üçün infosessiya və imtahan prosesinin başlanması ilə bağlı tələbələrlə görüş təşkil olunub. Görüşdə Code Academy-nin layihə üzrə baş koordinatoru Asiya Rüstəmova çıxış edərək layihənin məqsədləri barədə məlumat verib. O, layihənin əsas məqsədinin gənclərə yüksək səviyyəli proqramlaşdırma və rəqəmsal bacarıqlar öyrətməklə onların əmək bazarında rəqabət qabiliyyətini artırmaq olduğunu vurğulayıb. Asiya Rüstəmova “Code for Future” layihəsinin uğurlarından və imkanlarından danışaraq qeyd edib ki, bu layihə tələbələrə real dünya layihələrində iştirak etmək, müasir texnologiyalarla yaxından tanış olmaq və praktiki təcrübə qazanmaq üçün geniş şərait yaradır. Layihə çərçivəsində tələbələr ixtisaslı mütəxəssislər tərəfindən tədris edilən ödənişsiz dərslərdə iştirak edirlər. O, əlavə edib ki, hazırda layihə ikinci və üçüncü kurs tələbələri üçün “Süni intellekt dəstəkli proqramlaşdırma” və “Kibertəhlükəsizliyin əsasları” ixtisasları üzrə ödənişsiz təhsil imkanı təqdim edir. Bu isə gənclərin bilik səviyyəsini yüksəltməklə onların gələcək karyeralarında uğur qazanmasına dəstək olur.
Tədbirin sonunda Asiya Rüstəmova tələbələrin suallarını cavablandırıb.
Tədbirin sonunda Asiya Rüstəmova tələbələrin suallarını cavablandırıb.