Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz “Təhsil” İstirahət Mərkəzində yay düşərgəsində iştirak edib
Yerləşdirilmə tarixi : 18 Sentyabr 2025 14:15
Tələbələrimiz “Təhsil” İstirahət Mərkəzində yay düşərgəsində iştirak edib
 Sentyabrın 8-dən 13-dək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Təhsil” istirahət mərkəzində yay düşərgəsi keçirilib.
Düşərgə “Konstitusiya və Suverenlik İli”nə həsr olunub. Beş günlük proqram çərçivəsində iştirakçılar üçün konfranslar, panel müzakirələr, idman yarışları və tanınmış qonaqlarla görüşlər təşkil edilib. Düşərgənin açılışında Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov və “Şuşa, sən azadsan” filminin rejissoru Cavidan Şərifovla keçirilən görüşlər iştirakçı tələbələrdə böyük maraq və vətənpərvərlik ruhu yaradıb, düşərgə müddətində fəallığı ilə seçilən gənclər isə sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetindən düşərgədə Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 21 tələbə iştirak edib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az