Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Dövlət Suverenliyi Günü qeyd olunub
Yerləşdirilmə tarixi : 19 Sentyabr 2025 09:31
Sumqayıt Dövlət Universitetində Dövlət Suverenliyi Günü qeyd olunub

 19 sentyabr 2025-ci il tarixində Sumqayıt Dövlət Universitetində Tarix və coğrafiya fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə fakültənin dekanı, professor Adil Baxşalıyev, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının müdiri, dosent Səvvarə Rzaquliyeva, dosent Əminə Həsənova və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elmin Novruzlu çıxış ediblər. Çıxışlarda dövlət suverenliyinin tarixi əhəmiyyətinə toxunulub, Ulu Öndər Heydər Əliyevin müstəqilliyin qorunmasında və möhkəmləndirilməsində əvəzsiz xidmətləri vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə təsis olunmuş Dövlət Suverenliyi Günü Azərbaycanın tam ərazi bütövlüyünün və suverenliyinin bərpasının rəmzidir. Eyni zamanda bildirilib ki, 2023-cü ilin 19 sentyabrında başlamış və 23 saat davam etmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla icra etmiş, ölkəmizin suverenliyi tam şəkildə bərpa olunmuşdur. Tədbirdə çıxış edən tələbələr müstəqillik və dövlətçiliyin qorunmasının onların ali məqsədi olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, Azərbaycanın azadlıq və suverenlik dəyərləri daim uca tutulacaq.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az