Əsas səhifə | Xəbərlər | ERASMUS+ layihəsi çərçivəsində təqdimat keçirildi
ERASMUS+ layihəsi çərçivəsində təqdimat keçirildi

Martın 19-da universitetimizdə keçirilən təqdimatda ERASMUS+ proqramı çərçivəsində  “Rusiya Federasiyası,Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formasında peşə bakalavrı (LPEB)"  layihəsinin təqdimat keçirildi. Fransa üzrə LPEB ERASMUS layihəsinin kordinatoru Jan Noel Pakound və Azərbaycan üzrə layihənin kordinatoru Texniki Universitetin dosenti Həsən Həsənov əvvəlcə Qiyabi, distant və əlavə təhsil üzrə prorektor, dosent Qafar Atayevlə görüşərək layihənin ümumi məqsədləri haqqında fikir mübadiləsi apardılar. Qeyd edək ki, Sumqayıt Dövlət universiteti 2015-ci ildə qalib olmuş ERASMUS+LPEB layihəsinin tərəfdaşıdır. Layihədə əsas məqsəd  tərəfdaş ölkələrdə ali təhsildəki islahatlara və modernləşmələrə, ali təhsilin keyfiyyətinin yüksəldilməsi İnsan resurslarının qarşılıqlı inkişafına dəstək vermək,  Avropa İttifaqına üzv ölkələr arasında ali təhsil və elmi tədqiqat institutları şəbəkəsi yaradılmasının təkmilləşdirmək,tərəfdaş ölkələr üçün prioritet sayılan akademik fənnlər üzrə fənn proqramlarının Avropa Kredit Transfer və Akkumilyasiya sistemi (ECTS), 3 səviyyəli təhsil sistemi və diplomların tanınması mexanizmlərinin köməyi ilə modernləşdirilməsi, Binaların enerji səmərəliliyi üzrə hər bir ölkənin  tələblərinə adoptasiya olunmuş peşə bakalavrı hazırlığı (İkili diplom və ya birgə diplom), müəllim və tələbələrin mobilliyini təmin etmək məqsədilə tərəfdaşlığı inkişaf etdirmək, Fənn proqramlarının və onların məzmunlarının təkmilləşdirilməsi, 30 müəllimin Aİ-də təkmilləşdirmə kurslarında iştirak və layihə üzrə yeni yaradılacaq kurslar üzrə 150 tələbənin hazırlanması, Binaların enerji səmərəliliyinin inkişafı üçün resurs mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, layihə üzrə 20 Universitet : 7 Avropa Universiteti, 7 Rusiya Universiteti 3 Azərbaycan Universiteti, 3 Çin Universiteti tərəfdaşdılar. Layihə ilə bağlı nəzərdə tutulan 3 əsas hədəf İqlimin istiləşməsinə qarşı mübarizə, Bərpa olunan enerjilərin səfərbər olunması, Enerji səmərəliliyi barədə müzakirə aparıldı.
Təqdimatda Fransa üzrə LPEB ERASMUS + layihəsinin kordinatoru Jan  Noel Pakound və Azərbaycan üzrə layihənin kordinatoru Texniki Universitetin dosenti Həsən Hüseynov, Qiyabi, distant və əlavə təhsil üzrə prorektor, dosent Qafar Atayev, Fizika və elektroenergetika fakültəsinin dekanı, dosent Tamella Əhmədova, Magistratura və doktorantura şöbəsinin müdiri, dosent Ramiz Hüseynov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, dosent Turqay Hüseynov, şöbənin əməkdaşı Samirə Məmmədova və Fizika və elektroenergetika fakültəsinin müəllimləri: dosent Aşura Həşimova, dosent Nadir Hacıbalayev və texnika üzrə fəlsəfə doktoru Sevil Abdullayeva iştirak edirdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az