Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ümumdünya Layiqli Əmək Günü ilə bağlı tədbir keçirilib
Yerləşdirilmə tarixi : 06 Oktyabr 2025 11:25
Ümumdünya Layiqli Əmək Günü ilə bağlı tədbir keçirilib
Sumqayıt Dövlət Universitetində (SDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə 7 oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov açaraq “Təhlükəsiz iş mühiti və bərabər imkanlar” mövzusunda çıxış edib. O, universitetdə əmək şəraitinin yaxşılaşdırılması, əməkdaşların əmək fəaliyyəti üçün yaradılan əlverişli mühit barədə məlumat verib. Sonra HİK-in sədri dosent Nemət İbayev çıxış edərək Ümumdünya Layiqli Əmək Gününün yaranma tarixi, beynəlxalq əmək hüququ və əmək mühafizəsi sahəsindəki əhəmiyyətindən danışıb. O, həmçinin universitet əməkdaşlarının sosial rifahını artırılması istiqamətində keçirilən təşəbbüsləri, eləcə də işçilərin asudə vaxtlarını səmərəli təşkili məqsədilə verilən yollayışları diqqətə çatdırıb. Mülki Müdafiə, əməyin təhlükəsizliyi və yanğından mühafizə qərargahının müdiri Aynur Məmmədova çıxış edərək, universitetdə əməyin təhlükəsizliyi sahəsində beynəlxalq standartlara uyğun tədbirlərin həyata keçirildiyini, müasir təhlükəsizlik sistemlərinin yaradıldığını və bunun nəticəsində işçi sağlamlığının qorunmasına ciddi önəm verildiyini bildirib. Daha sonra tədbir diskussiya formatında davam edib. İştirakçılar əmək hüquqları ilə bağlı aktual məsələlər, ayrıseçkiliyin yolverilməzliyi, layiqli əməyin təmin olunması prinsipləri barədə fikirlərini bölüşüblər. Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və gələcəkdə əmək şəraitinin daha da yaxşılaşdırılması üçün təkliflər müzakirə olunub.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az