Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Riyaziyyat fakültəsində “Zəkanın altmış saniyəsi” adlı müsabiqə keçirilib
Yerləşdirilmə tarixi : 16 Oktyabr 2025 13:18
Riyaziyyat fakültəsində “Zəkanın altmış saniyəsi” adlı müsabiqə keçirilib
 Oktyabırın 16-da Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Zəkanın altmış saniyəsi” adlı müsabiqə keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tələbələr öncədən hazırladıqları və 1 dəqiqəlik təqdimatla çıxış etdikləri isbatları nümayiş etdiriblər. Yarışın sonunda münsiflər heyətinin (Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova, Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının müdiri, dosent Məftun Heydərova, kafedranın dosenti Natəvan Allahverdiyeva, baş müəllim Aynurə Əliyeva və Tələbə Elmi Cəmiyyətinin sədri Zərifə Səmədzadə) qərarı ilə qaliblər elan olunub. I yerə Türkanə Bağırova, II yerə Xədicə Bəxtiyarova, III yerə isə Fidan Rzayeva layiq görülərək fəxri fərmanla mükafatlandırılıblar. Tədbirin sonunda Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova çıxış edərək iştirakçıları təbrik edib, onların fəallığını yüksək qiymətləndirib. Belə intellektual yarışların tələbələrdə düşünmə mədəniyyətinin formalaşmasına, riyaziyyatın elmi mahiyyətinin dərindən mənimsənilməsinə və nitq bacarıqlarının inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az