Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təbiət elmləri fakültəsinin müəllim və tələbələri Hərbi Qənimətlər Parkına səfər ediblər
Yerləşdirilmə tarixi : 16 Oktyabr 2025 14:32
Təbiət elmləri fakültəsinin müəllim və tələbələri Hərbi Qənimətlər Parkına səfər ediblər
 Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının müəllimi Tapdıq Hacıyevin rəhbərliyi ilə bir qrup tələbə Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanına və Hərbi Qənimətlər Parkına səfər ediblər. Ekskursiya zamanı tələbələr parkda sərgilənən, düşməndən qənimət kimi götürülmüş hərbi texnika və sursatlarla, eləcə də müharibə zamanı darmadağın edilmiş istehkamların maketləri ilə tanış olublar. Səfər çərçivəsində Tapdıq Hacıyev tələbələrə 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilmiş şanlı qələbə barədə məlumat verib. O, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs edib, şəhidlərin və qazilərin fədakarlığını xüsusi vurğulayıb. Görüş zamanı gənclərin milli ruhda tərbiyə olunmasının vacibliyi də diqqətə çatdırılıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az