Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Holberton School Azerbaijan” tələbələr üçün infosessiya keçirib
Yerləşdirilmə tarixi : 16 Oktyabr 2025 12:58
“Holberton School Azerbaijan” tələbələr üçün infosessiya keçirib
 Oktyabrın 16-da Sumqayıt Dövlət Universitetində (SDU) “Holberton School Azerbaijan” məktəbinin nümayəndələrinin iştirakı ilə “Aİ dövründə proqramlaşdırma” mövzusunda infosessiya keçirilib.
Tədbir universitetin Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbiri Mərkəzin direktoru Anar Dünyamalıyev açaraq iştirakçıları salamlayıb, tələbələri bu kimi maarifləndirici sessiyalardan faydalanmağa çağırıb. O, rəqəmsal texnologiyaların sürətli inkişaf etdiyi bir dövrdə gənclərin müasir İT biliklərinə yiyələnməsinin vacibliyini vurğulayıb. Sonra “Holberton School Azerbaijan” məktəbinin mentoru Ruslan Həmidov çıxış edərək təmsil etdiyi qurum haqqında məlumat verib. Qeyd edib ki, “Holberton School Azerbaijan” qlobal bir məktəbdir. Beynəlxalq proqramlaşdırma kurikulumunun tətbiqi ilə tələbələrə layihə əsaslı tədris mühiti təqdim edir. Bu model tələbələrin təkcə nəzəri biliklər deyil, həm də real iş bacarıqları əldə etməsinə şərait yaradır. Sessiya çərçivəsində Ruslan Həmidov “Aİ dövründə proqramlaşdırma” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda süni intellektin təhsil və əmək bazarına təsiri, beynəlxalq təcrübə və təqaüd proqramları, İT sahəsinin qlobal inkişaf trendləri, proqramlaşdırmada Aİ texnologiyalarının tətbiqi və tələbələrin bu istiqamətdə bacarıqlarını necə inkişaf etdirə biləcəkləri barədə ətraflı məlumat verilib.
Tədbir interaktiv formatda davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavblandırılıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az