Universitetdə icbari tibbi sığorta ilə bağlı məlumatlandırıcı sessiya təşkil olunub
Sumqayıt Dövlət Universitetinin (SDU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən infosessiya keçirilib. Tədbirdə çıxış edən agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Fuad Bayramov icbari tibbi sığortadan faydalanma mexanizmləri, müraciət qaydaları və sığorta çərçivəsində təqdim olunan tibbi xidmətlər barədə ətraflı təqdimatla çıxış edib. O, təmsil etdiyi agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, agentliyin təqdim etdiyi bu sistem ölkə üzrə əhalinin tibbi xidmətlərə əlçatanlığını xeyli artırıb, vətəndaşların keyfiyyətli və vaxtında tibbi yardım almasına şərait yaradıb. O, həmçinin Xidmətlər Zərfinə daxil olan sahələr haqqında da iştirakçıları məlumatlandırıb.
Tədbirin sonunda mövzu ilə bağlı məlumatlılıq sorğusu keçirilib və suallar cavablandırılıb.
Tədbirin sonunda mövzu ilə bağlı məlumatlılıq sorğusu keçirilib və suallar cavablandırılıb.