Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz statistik olimpiadada uğurlu nəticə əldə edib
Yerləşdirilmə tarixi : 22 Oktyabr 2025 16:33
Tələbəmiz statistik olimpiadada uğurlu nəticə əldə edib

 Oktyabrın 20-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Ümumdünya Statistika Günü münasibətilə Statistik Olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Yuxarı sinif şagirdləri və tələbələr arasında təşkil olunmuş olimpiadada 53 təhsil müəssisəsindən 500-dən çox tələbə qatılıb. Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin II kurs tələbəsi Nəzrin Vəlizadə yüksək nəticə göstərərək ilk onluğa daxil olub. O, statistik təhlil və analitik düşüncə sahəsində fərqlənərək, humanitar ixtisasda təhsil almasına baxmayaraq geniş potensialını nümayiş etdirib. Qeyd edək ki, Universitetin Tarix və Coğrafiya fakültəsinin dekan müavini, baş müəllim həmçinin olimpiadanın yerli təşkilat komitəsinin üzvü olan Aysel Şamilova tələbələrin rəhbəri kimi fəaliyyət göstərib. Tələbəmizi bu uğur münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni nailiyyətlər arzu edirik.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az