Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Marketinq və müştəri psixologiyası” mövzusunda təlim keçirilib
Yerləşdirilmə tarixi : 23 Oktyabr 2025 15:25
“Marketinq və müştəri psixologiyası” mövzusunda təlim keçirilib
 Oktyabrın 23-də Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Marketinq və müştəri psixologiyası” adlı təlim keçirilib. Təlimin əsas məqsədi tələbələrin müasir marketinq trendləri, effektiv satış strategiyaları və müştəri davranışlarının psixoloji aspektləri haqqında biliklərini artırmaq, eyni zamanda bu istiqamətdə praktik bacarıqlarını inkişaf etdirmək olub. Tədbirdə Nomail və Digital Product Sales şirkətinin təsisçisi, startap və marketinq sahəsində geniş təcrübəyə malik mütəxəssis Aqşin Nəbizadə “Müştəri psixologiyasının rolu” mövzusunda təqdimatla çıxış edib. O, iştirakçılara insan davranışının marketinqdə yaratdığı təsirlər, emosional qərarvermə mexanizmləri və alıcı vərdişlərinin formalaşmasında psixoloji amillərin əhəmiyyəti barədə məlumat verib. Aqşin Nəbizadə çıxışı zamanı vurğulayıb ki, marketinqin ən böyük aləti insan beynidir, bu səbəbdən müştəri psixologiyasını dərk etmək uğurlu satışın və effektiv marketinqin əsas şərtidir.
Təlim interaktiv müzakirələrlə davam edib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az