Sumqayıt Dövlət Universitetində ilk təşkilat sədrləri ilə görüş keçirilib
23 oktyabr 2025-ci il tarixində Sumqayıt Dövlət Universitetində(SDU) Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının ilk təşkilat sədrləri ilə geniş tərkibli görüş keçirilib. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ RK) sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müşaviri Cəmaləddin Quliyev, AHİK-in üzvü, Tabe Təşkilatlarla İş və Maarifləndirmə şöbəsinin müdiri İlahə Abbaszadə və digər nümayəndələr iştirak ediblər. Görüşdə həmkarlar ittifaqlarının son bir ildə həyata keçirdiyi fəaliyyət istiqamətləri, təhsil işçilərinin sosial müdafiəsi, əmək hüquqlarının qorunması, maarifləndirici təşəbbüslərin genişləndirilməsi və təşkilati işin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Tədbirdə SDU-num Həmkarlar İttifaqı Komitəsinin üzvləri də iştirak edərək fikir və təkliflərini bölüşüblər. Sonda ilk təşkilat sədrlərinin sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)