Sumqayıt Dövlət Universitetində “Təkrar emal et və dünyanı xilas et” təşəbbüsü davam etdirilir
Sumqayıt Dövlət Universitetinin (SDU) Kitabxana İnformasiya Mərkəzi tərəfindən Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) dəstək məqsədilə həyata keçirilən “♻️ Recycle and Save the World” (“Təkrar emal et və dünyanı xilas et”) təşəbbüsü uğurla həyata keçirilİr. Layihə 9 iyul 2025-ci il tarixində start götürüb və məqsədi universitetdə ekoloji məsuliyyətin artırılması, kağız tullantılarının azaldılması və onların təkrar emala yönləndirilməsi olub. Təşəbbüs çərçivəsində fakültə və struktur bölmələr tərəfindən ofis sənədləri, istifadə müddəti başa çatmış vərəqlər, jurnallar və digər kağız materialları toplanaraq emal üçün təhvil verilib. Universitet əməkdaşlarının fəal iştirakı nəticəsində ümumilikdə 1120 kiloqram kağız tullantı təkrar emala təhvil verilib. Toplanan materiallar ətraf mühitin mühafizəsi, təbii resursların qorunması və tullantıların azaldılması baxımından mühüm töhfə hesab olunur. Qeyd edək ki, 1 ton kağızın təkrar emalı təxminən 17 ağacın kəsilməsinin qarşısını alır, hava çirklənməsini 74%, su çirklənməsini isə 35% azaldır, həmçinin 4 000 kWh elektrik enerjisinə qənaət edir. Bu göstəricilər SDU kollektivinin Dayanıqlı İnkişaf Məqsədlərinin 13-cü (“İqlim dəyişikliyinə qarşı mübarizə”), 15-ci (“Yer üzərində həyat”) və 17-ci (“Məqsədlər üçün tərəfdaşlıq”) istiqamətlərinə real töhfəsini nümayiş etdirir. SDU bu fəaliyyətin davamlı əsasda, hər semestrin sonunda ənənəvi şəkildə təşkil olunmasını planlaşdırır. Bu, universitetdə ekoloji maarifləndirmənin artırılmasına, resursların səmərəli istifadəsinə və yaşıl düşüncə tərzinin formalaşmasına xidmət edəcək.
.jpg)
.jpg)
.jpg
)
.jpg)
.jpg)