Sumqayıt Dövlət Universitetində müşavirə keçirilib
Sumqayıt Dövlət Universitetində (SDU) Elm və Təhsil Nazirliyi tərəfindən cari ilin 19 sentyabr və 3 oktyabr tarixlərində ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə keçirilmiş iclaslarda müzakirə olunmuş məsələlərlə bağlı geniş müşavirə keçirilib.
Müşavirədə universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov, prorektorlar, fakültə dekanları, kafedra müdirləri, şöbə və digər struktur rəhbərləri iştirak ediblər. Professor Əminağa Sadıqov tədbiri açaraq bildirib ki, müşavirə Elm və Təhsil Nazirliyinin “2025/2026-cı tədris ili: elm və ali təhsildə yeniliklər və hədəflər”, həmçinin “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası” layihəsinin elm və ali təhsil istiqamətlərinə həsr olunmuş iclaslarında müzakirə olunan məsələlərdən və qəbul olunmuş qərarlardan irəli gələn vəzifələrin müəyyənləşdirilməsi məqsədini daşıyır. O, sözügedən iclaslarda elm və təhsil naziri Emin Əmrullayevin, ölkəmizin bütün ali təhsil müəssisələrinin rektorlarının və digər rəsmi şəxslərin iştirak etdiyini bildirib. Qeyd edib ki, birinci iclasda “Elm və ali təhsil ekosisteminin gücləndirilməsi” mövzusunda məruzə dinlənilib, 2022–2025-ci illərdə elm və ali təhsil sahəsində əldə olunan nəticələr və 2030-cu ilə qədər nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə məlumat verilib. İkinci iclasda isə ali təhsilin əhatəliliyinin və əlçatanlığının artırılması, məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi, beynəlxalq rəqabətlilik və mobilliyin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində elmin və ali təhsilin inkişaf etdirilməsi, elmi potensialın gücləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi kimi prioritetlər diqqətə çatdırılıb. Bununla yanaşı, ali təhsil müəssisələrinin strateji inkişaf planlarının ölkənin sosial-iqtisadi hədəflərinə uyğunlaşdırılması, universitetlərin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və nəticə əsaslı elmi tədqiqatların stimullaşdırılması ilə bağlı təkliflər irəli sürülüb. Qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi, müasir tələblərə cavab verən ali təhsil ekosisteminin formalaşdırılması və elmin cəmiyyətin inkişafındakı rolunun daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Daha sonra Əminağa Sadıqov cari tədris ilində Sumqayıt Dövlət Universitetinin vəzifələrindən və yaxın illər üçün planlarından danışıb. O, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın və “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın müvafiq sahələrdə yüksəkiixtisaslı kadrların hazırlanması üçün universitetlərin qarşısında mühüm vəzifələr qoyduğunu diqqətə çatdırmışdır.
Müşavirədə Elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev çıxış edərək Elm və Təhsil Nazirliyinin təqdim etdiyi məlumatlar və statistika əsasında ölkə üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində qəbul planı barədə ətraflı məlumat verib. O, həmçinin magistratura və doktorantura səviyyələrində qəbulun optimallaşdırılması, ali təhsil sisteminin məzmununun müasirləşdirilməsi və keyfiyyət göstəricilərinin artırılması, ali təhsil sistemində kəmiyyət əsaslı maliyyələşdirmədən keyfiyyət əsaslı maliyyələşdirməyə keçidin təmin olunması kimi məsələlərə toxunub. O, həmçinin 2022–2025-ci illərdə əldə olunan nailiyyətləri qeyd edib: təhsil tələbə kredit sistemi çərçivəsində 64 353 kredit rəsmiləşdirilmiş, impakt faktorlu jurnallarda 13 267 elmi məqalə çap olunmuş və SABAH və digər yeni məzmunlu proqramlarda təhsil alanların sayı 15 minə çatdırılmışdır. Daha sonra 2030-cu ilə qədər icrası planlaşdırılan hədəfləri açıqlayan Elşad Abdullayev ali təhsildə əhatəliliyin və əlçatanlığın optimallaşdırılması, ali təhsil məzmununun müasirləşdirilməsi və keyfiyyətinin artırılması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində təhsil infrastrukturunun gücləndirilməsi, bir təhsilalana düşən illik təhsil xərcinin artırılması və ödənişli təhsil haqqının eyniləşdirilməsi, regionlar üzrə əhatəliliyin və əlçatanlığın artırılması kimi prioritetləri vurğulayıb. Daha sonra Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri Aysel Eminova Elm və Təhsil Nazirliyinin “Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyi və elmin prioritetləşdirilməsi” təhlil və tövsiyələrini diqqətə çatdıraraq, QS 2026 Qlobal Reytinqinin nəticələri barədə məlumat verərək, Scopus elemmetrik bazasında Azərbaycan üzrə elmi tədqiqat nəticələri haqqında danışıb. Aysel Eminova beynəlxalq reytinq sistemlərinin meyarları, elmi fəaliyyətin beynəlmiləlləşməsi, eləcə də SDU-nun bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Müşavirənin sonunda iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, müzakirə olunan məsələlərlə bağlı təkliflər səsləndirilib və qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

.jpg)
.jpg
)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg
)