“SOCAR Polymer” mütəxəssislərinin rəhbərliyi ilə ilk elmi-tədqiqat təcrübəsi Sumqayıt Dövlət Universitetində
Oktyabrın 27-də Karyera və Məzunlarla İş Mərkəzinin və Kimya mühəndisliyi və ekologiya kafedrasının təşkilatçılığı ilə “SOCAR Polymer” şirkətinin mütəxəssisləri ilə tələbələr arasında görüş keçirilib. Tədbirdə Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri dosent Tünzalə Babayeva, Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev çıxış edərək universitet-sənaye əməkdaşlığının tələbələrin bilik və bacarıqlarının inkişafındakı rolundan bəhs ediblər. Sonra “SOCAR Polymer” şirkətinin Məhsulun Keyfiyyətinə Nəzarət üzrə direktoru Elvira Babayeva və digər mütəxəssislər şirkətin fəaliyyət istiqamətləri barədə məlumat veriblər. Onlar xüsusilə laboratoriyalarda istifadə olunan müasir avadanlıqlar və tətbiq etdikləri texnoloji proseslər haqqında danışıblar. Elvira Babayeva həmçinin vurğulayıb ki, IV kurs Kimya mühəndisliyi ixtisası üzrə tələbələrin buraxılış işlərinə və I kurs magistrantların dissertasiya mövzularına “SOCAR Polymer” mütəxəssislərinin elmi rəhbər kimi cəlb olunması tələbələrin praktiki biliklərini artıracaq və onların elmi işlərinin sənaye yönümlü olmasına böyük töhfə verəcək. Tədbir interaktiv formatda davam edib. Magistrantlar və tələbələr sual-cavab sessiyasında fəal iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan universitetləri arasında ‘'SOCAR Polymer’' mütəxəssislərinin elmi rəhbərliyi ilə ilk elmi-tədqiqat təcrübəsi Sumqayıt Dövlət Universitetində təşkil ediləcək.
Qeyd edək ki, Azərbaycan universitetləri arasında ‘'SOCAR Polymer’' mütəxəssislərinin elmi rəhbərliyi ilə ilk elmi-tədqiqat təcrübəsi Sumqayıt Dövlət Universitetində təşkil ediləcək.