Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti “QS Stars” audit qiymətləndirməsində iştirak edib
Yerləşdirilmə tarixi : 27 Oktyabr 2025 17:16
Sumqayıt Dövlət Universiteti “QS Stars” audit qiymətləndirməsində iştirak edib
Sumqayıt Dövlət Universiteti (SDU) “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyi tərəfindən aparılan “QS Stars” audit qiymətləndirməsində iştirak edib. Nəticələrə əsasən, universitet Tədris (Teaching) və Yaxşı idarəetmə (Good Governance) kateqoriyaları üzrə 5 ulduz (mükəmməl) göstərici ilə qiymətləndirilib. Ümumilikdə 9 kateqoriya üzrə qiymətləndirilən SDU İnfrastruktur (Facilities), Məşğulluq (Employability), Proqram akkreditasiyası (Program Strength) və Ətraf mühitə təsir (Environmental Impact) meyarları üzrə 4 ulduz, eləcə də Müxtəliflik, bərabərlik və inklüzivlik (Diversity, Equity and Inclusion) və Akademik inkişaf (Academic Development) göstəriciləri üzrə 3 ulduz alaraq ümumi nəticə etibarilə 3 ulduz səviyyəsində qiymətləndirilib. Qeyd edək ki, “QS Stars” - dünyanın ali təhsil müəssisələrini çoxşaxəli meyarlar əsasında qiymətləndirən beynəlxalq reytinq sistemidir. Bu audit prosesi universitetlərin fəaliyyətini tədris keyfiyyəti, elmi tədqiqat, infrastruktur, beynəlmiləllik, məşğulluq imkanları və digər sahələr üzrə obyektiv göstəricilərlə ölçür. “QS Stars” qiymətləndirilməsi ali təhsil müəssisələrinə öz güclü tərəflərini beynəlxalq miqyasda nümayiş etdirmək və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır. Universitetin kollektivi tərəfindən həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsi olan bu uğur SDU-nun keyfiyyətə, şəffaf idarəetməyə və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyinin göstəricisidir.
Sumqayıt Dövlət Universiteti rəhbərliyi bu nailiyyətin əldə olunmasında əməyi olan bütün professor-müəllim heyətinə, inzibati və elmi-tədqiqat əməkdaşlarına, eləcə də tələbələrə təşəkkürünü bildirir.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az