Sumqayıt Dövlət Universitetinin tələbəsi Kəmalə Əbilovanın vəfatı ilə bağlı nekroloq
Sumqayıt Dövlət Universiteti dərin hüznlə bildirir ki, Riyaziyyat fakültəsinin IV kurs, 442B qrup tələbəsi Kəmalə Əbilova faciəvi şəkildə dünyasını dəyişib. Hadisə oktyabrın 27-də səhər saatlarında Abşeron rayonu, Şəfəq qəsəbəsində baş vermişdir. Tələbəmiz yaşadığı çoxmərtəbəli binadakı mənzilin eyvanından yıxılaraq həyatını itirmişdir. Kəmalə Əbilova təhsil aldığı müddətdə universitetdə fəallığı, səmimiyyəti və nümunəvi davranışı ilə müəllimlərinin və tələbə yoldaşlarının rəğbətini qazanmışdır. Onun vaxtsız itkisi universitet ictimaiyyəti üçün dərin kədər hissi doğurur. Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti Kəmalənin valideynlərinə, doğmalarına, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı verir, bu ağır itkinin kədərini onlarla bölüşür, Tanrıdan onlara səbr diləyir.
