“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib
Hər il 20 oktyabr – 20 noyabr tarixləri arasında ölkəmizdə “Uşaq Hüquqları Aylığı” qeyd olunur.. Bu münasibətlə Sumqayıt Dövlət Universitetində (SDU) maarifləndirici tədbir təşkil olunub Tədbiri Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Nemət İbayev açaraq qeyd edib ki, hər bir şəxs öz hüquqlarını bilməli və onları qorumağı bacarmalıdır. Bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər böyük əhəmiyyət kəsb edir.O, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, uşaq hüquqlarının qorunması Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqlara göstərilən qayğı və diqqət, onların təhsil, sağlamlıq və sosial rifahının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər bu siyasətin tərkib hissəsidir. Sonra SDU-nun hüquqşünası Ehtiram Qurbanov çıxış edərək iştirakçılara BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının mahiyyəti, eləcə də uşaqların hüquqlarının müdafiəsinə dair qəbul olunmuş milli qanunvericilik aktları və dövlət proqramları barədə məlumat verib. O, həmçinin uşaqların hüquq və vəzifələri mövzusunda danışaraq, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, bu prosesdə cəmiyyətin və ailənin üzərinə böyük məsuliyyət düşür. Bu istiqamətdə uşaqların hüquqlarına hörmətlə yanaşmaq, onların layiqli gələcəyini təmin etmək və qayğı ilə əhatə etmək hər bir vətəndaşın mənəvi borcudur.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.