Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Yaradıcı təfəkkür” adlı təlim keçirilib
Yerləşdirilmə tarixi : 29 Oktyabr 2025 15:49
SDU-da “Yaradıcı təfəkkür” adlı təlim keçirilib
 Oktyabrın 29-da Sumqayıt Dövlət Universitetində (SDU) Həmkarlar İttifaqı Komitəsi (HİK) və İnsan Kapitalının İdarə Edilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaradıcı təfəkkür” adlı təlim keçirilib. Təlimin açılışında Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov çıxış edərək belə tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu kimi təşəbbüslər müəllimlərin və əməkdaşların peşəkar inkişafına, yaradıcı potensialın artırılmasına və müasir təhsil mühitinin formalaşmasına mühüm töhfə verir. Sonra Tədris Metodiki Mərkəzin əməkdaşı, təlimçi Aynurə Bağırova “Yaradıcı təfəkkürün tədrisdə rolu” mövzusunda təqdimatla çıxış edib. O, yaradıcı düşüncənin gündəlik fəaliyyətə və pedaqoji prosesə təsiri, fərdi yanaşmaların formalaşması, motivasiya və innovativ düşüncə tərzinin inkişafı istiqamətində iştirakçılarla praktiki bilik və təcrübəsini bölüşüb. Təlim interaktiv müzakirələr, qrup işləri və real dərs situasiyalarının təhlili üzərində aparılıb. İştirakçılar tədrisdə yaradıcılığı stimullaşdıran müxtəlif metodlardan istifadə etməyin yollarını praktik şəkildə öyrəniblər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az