Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Süni intellektin bank sektorunda tətbiqi” mövzusunda tədbir keçirilib
Yerləşdirilmə tarixi : 29 Oktyabr 2025 17:02
“Süni intellektin bank sektorunda tətbiqi” mövzusunda tədbir keçirilib
 Oktyabrın 29-da İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Süni intellektin bank sektorunda tətbiqi” mövzusunda tədbir keçirilib. Tədbir ingilis dilində baş tutub və tələbələrin moderatorluğu ilə idarə olunub.
Tədbirin açılışında çıxış edən fakültənin dekanı, dosent Loğman Abdullayev iştirakçıları salamlayaraq bu kimi tədbirlərin tələbələrin bilik və bacarıqlarının inkişafında, həmçinin müasir texnologiyaların iqtisadi sahədə tətbiqinin öyrənilməsində mühüm rol oynadığını qeyd edib. Biznesin idarə edilməsi kafedrasının müdiri, dosent Qalib Hüseynov , Xarici dillər kafedrasının baş müəllimi Sevda Səfərova tələbələrin xarici dildə elmi mövzularda sərbəst çıxış etmə bacarığını yüksək qiymətləndirərək, bu istiqamətdə keçirilən tədbirlərin onların kommunikasiya və təqdimat vərdişlərini gücləndirdiyini vurğulayıblar. Sonra Gənc İqtisadçılar klubunun üzvləri süni intellektin bank sektorunda əsas tətbiq istiqamətləri barədə məruzələrlə çıxış ediblər. Tələbələr təqdimatlarında süni intellektin maliyyə analitikası, müştəri xidmətlərində çatbotlardan istifadə, fırıldaqçılığın aşkarlanması, risklərin idarə olunması və fərdiləşdirilmiş xidmətlər kimi sahələrdə rolunu diqqətə çatdırıblar. Məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az