Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində iməclik keçirildi
Sumqayıt Dövlət Universitetində iməclik keçirildi

Noyabrın 15-də 2014-cü ildə Sumqayıt Dövlət Universitetində iməclik keçirildi.
Yaşıllıqlara dövlət səviyyəsində qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosialyönümlü siyasətinin əsas sahələrindən biridir. Yeni-yeni yaşıllıqların salınmasını ekologiyanın qorunmasında ən mühüm amil sayan ölkə başçısının “Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər” haqqında Sərəncamında da paytaxtın yaşıllaşdırılması və ətraf landşaftın estetik zövqlə tərtib edilməsi istiqamətində bir sıra tədbirlər nəzərdə tutulub.
Eyni zamanda, bu ilin noyabr ayından başlayaraq ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyevanın layihəsi əsasında ağacəkmə kampaniyasına start verilib. Respublikamızın hər bir güşəsində çoxlu ağaclar, gül kollarının əkilməsinə başlanılıb. Yaşıllıq həyatdır, orqanizmimizin sağlamlığı, uzun ömür deməkdir.
Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovun təşəbbüsü ilə universitetin bütün kollektivi, professor-müəllim heyəti ali təhsil ocağının ətrafında səliqə-səhmanla çoxlu ağaclar əkərək, ozon qatı döşəyərək, gübrələr verərək yaşıllaşdırmaya xüsusi gözəllik bəxş etdilər.
Universitetimizdə  “Yaşıllıq həm gözəllik, həm də sağlamlıqdır, ekologiyanın qorunmasında ən mühüm amildir” devizi altında keçirilən iməclik bayram əhval ruhiyyəsi ilə başa çatdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az