“Sosial medianın gücü və peşəkar istifadəsi” adlı seminar
						
						 Noyabrın 3-də Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə “Sosial medianın gücü və peşəkar istifadəsi” adlı seminar keçirilib. 
Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca Vətən müharibəsi zamanı sosial medianın gücünü və informasiya cəbhəsində aparılan mübarizəni əks etdirən videoçarx nümayiş olunub. Seminarı Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının müəllimi Xavər Kərimova açaraq iştirakçıları salamlayıb və tədbirin məqsədi barədə məlumat verib.
Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova süni intellektdən istifadənin müəllim-tələbə münasibətlərində rolundan danışıb. Sonra İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Elgün Rüstəmlilər çıxış edərək, rəqəmsal transformasiyanın təhsildə və kommunikasiya sahəsində yaratdığı imkanlardan danışıb. Daha sonra SMM üzrə mütəxəssis Günel Abdullayeva çıxış edərək sosial medianın müasir dövrdə kommunikasiya və sosial media marketinqində rolundan danışıb.
Sonda tələbələrin sualları cavablandırılıb.

             .jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)