Riyaziyyat fakültəsində “Rəqəmlərdə Qələbə Tarixi” adlı tədbir keçirilib
Noyabrın 4-də Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Rəqəmlərdə Qələbə Tarixi” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova açılış nitqi ilə çıxış edərək Zəfər Gününün xalqımızın birliyinin, həmrəyliyinin və sarsılmaz iradəsinin təcəssümü olduğunu vurğulayıb. Bildirib ki, rəqəmlərdə qələbə zəkada uğurun göstəricisidir və bu kimi tədbirlər gənclərin milli ruhda formalaşmasına, eləcə də elmi düşüncə tərzinin güclənməsinə töhfə verir. Fakültə tələbələri “Rəqəmlərdə Qələbə Tarixi” mövzusunda maraqlı təqdimatla çıxış ediblər. Təqdimatda 44 günlük Vətən müharibəsinin gedişi, qələbəyə aparan mərhələlər, bu tarixi hadisələrin riyazi göstəricilərlə təhlili əhatəli şəkildə nümayiş etdirilib. Tələbələrin hazırladığı səhnəcik və “Tarixdə zəfərlə yadda qalan iki il — 1918 və 2020” adlı videoçarx tədbir iştirakçıları tərəfindən böyük qürur hissi ilə qarşılanıb. Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının müəllimi Vüsalə Məmmədova çıxışı zamanı Vətən müharibəsinin statistik və analitik göstəricilərinə əsaslanaraq maraqlı faktlar təqdim edib, qələbəmizin rəqəmlərdəki əksini elmi baxımdan izah edib. Riyaziyyat fakültəsinin tələbəsi II Qarabağ müharibəsi iştirakçısı Rahil Xəlilov isə döyüş xatirələrindən söz açıb.
Tədbir tələbələrin vətənpərvər ruhda musiqi ifaları ilə yekunlaşıb.
Tədbir tələbələrin vətənpərvər ruhda musiqi ifaları ilə yekunlaşıb.