Noyabrın 5-də Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasa universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov sədrlik edib. O, Şura üzvlərini salamlayıb və diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışında alimlərin qarşısında böyük vəzifələr qoyulmuşdur. Əminağa Sadıqov dövlət başçısının çıxışında Azərbaycan dilinə, onun ədəbi norma və qaydalarına göstərilən yüksək diqqət və qayğının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Əminağa Sadıqov çıxışında Prezidentin bu dərin məzmunlu fikirlərini rəhbər tutaraq bildirib ki, hər bir vətəndaş, xüsusən də elm və təhsil sahəsində çalışanlar dilimizin saflığının qorunmasına xüsusi diqqət yetirməlidirlər. Sonra universitetin elmi katibi, professor Muxtar Səmədov Şuranın gündəliyində duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. 2026/2027-ci tədris ilində SDU-ya Tələbə qəbulu üzrə proqnoz planı barədə elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev çıxış edib. Bildirib ki, növbəti illər üçün proqnoz planın hazırlanmasında əmək bazarının tələbatının daha dərindən təhlil olunması, aparılan araşdırmaların nəticələrinə uyğun olaraq əsaslandırılmış və məqsədyönlü proqnoz planın tərtib edilməsi vacibdir. Bu məqsədlə kafedra müdirlərinə və fakültə dekanlarına müvafiq tapşırıqlar verilib. Növbəti illərdə Sumqayıt şəhərində və ətraf regionlarda fəaliyyət göstərən sənaye müəssisələrinə sorğuların göndərilməsi, bu müəssisələrin mütəxəssislərə olan tələbatının öyrənilməsi və əldə edilən məlumatların proqnoz planının hazırlanmasında nəzərə alınması tövsiyə edilib. Bu istiqamətdə əlaqələndirici fəaliyyətin həyata keçirilməsi fakültə dekanlarına və Tədris-Metodiki Mərkəzin direktoru, dosent Elnarə Məmmədovaya həvalə edilib. Daha sonra Sumqayıt Dövlət Universitetinin “Sosial siyasət konsepsiyası”nın müzakirəsi barədə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov məlumat verib. Aparılan müzakirələrdən sonra Sumqayıt Dövlət Universitetinin “Sosial siyasət konsepsiyası” təsdiq edilib. SDU-nun Strateji İnkişaf Planına uyğun olaraq 2024/2025-ci tədris ili üzrə Fəaliyyət planında nəzərdə tutulmuş işlərin icrası barədə Keyfiyyət təminatı və strategiya şöbəsinin mütəxəssisi Şəms Şirinova çıxış edib. SDU-nun Strateji İnkişaf Planına uyğun 2025/2026-cı tədris ili üzrə Fəaliyyət planının təsdiqi haqqında Elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev məlumat verib. SDU-nun Strateji İnkişaf Planına uyğun 2025/2026-cı tədris ili üzrə Fəaliyyət planı təsdiq edilib.
Daha sonra doktorantların dissertasiya işlərinin mövzusu və elmi rəhbərləri təsdiq olunub, tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə qərarlar qəbul edilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)