Tələbəmiz Bootcamp proqramında uğurla iştirak edib
Mühəndislik fakültəsinin IV kurs tələbəsi Fərid Məmmədov “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” adlı layihə çərçivəsində təşkil olunmuş Bootcamp proqramında iştirak edib. Təlim proqramının ilk mərhələsi Mingəçevir Dövlət Universitetində keçirilib. Burada iştirakçılar kənd təsərrüfatında rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı nəzəri biliklər əldə edib, həmçinin Mingəçevir Sənaye Parkına ekskursiya zamanı pambıq emalı prosesinin mərhələləri və iplik istehsalı texnologiyaları ilə yaxından tanış olublar. Bootcampın növbəti mərhələsi Saatlı rayonunda baş tutub. Avtomatika və mexanika kafedrasının müdiri professor Cavanşır Məmmədovun rəhbərliyi ilə Fərid Məmmədov “Süni intellekt texnologiyası ilə çay plantasiyasının suvarılması” adlı layihəsini təqdim edib. Tədbir çərçivəsində iştirakçılar Mingəçevir Dövlət Universitetinin rektoru, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini ilə görüşlər keçiriblər. Təqdimat zamanı layihənin məqsədi, tətbiq olunan texnoloji həllər və süni intellektin kənd təsərrüfatında səmərəliliyin artırılmasına verə biləcəyi töhfələr barədə ətraflı məlumat verilib. Layihə iştirakçılar və mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb. Proqramın sonunda tələbələr aqrar sahədə süni intellekt texnologiyalarının praktiki tətbiqi, innovativ idarəetmə üsulları və rəqəmsal bacarıqların inkişafı istiqamətində dəyərli bilik və təcrübə qazanıblar.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)