Fakültələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
8 Noyabr Zəfər Günü münasibətilə Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər təşkil olunub. Noyabrın 4-dən etibarən universitetin bütün fakültələrində Vətən müharibəsində qazanılmış tarixi qələbəyə həsr edilmiş tədbirlər keçirilib.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Fakültələrdə keçirilən tədbirlərdə Zəfər Gününün tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun şücaəti və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm qələbə barədə məlumatlar verilib. Qələbəyə aparan yolda xalqımızın birliyinin, ordumuzun rəşadətinin və dövlətimizin qüdrətinin önəmi vurğulanıb. Tədbir çərçivəsində tələbələrin hazırladığı vətənpərvərlik ruhunda videoçarxlar, şeirlər və mahnılar təqdim olunub. Fakültə dekanları çıxışlarında Azərbaycan xalqını bu qürurverici bayram münasibətilə təbrik edib, Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən danışıblar.

.jpg)