Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rəhbərliyi Zəfər Günü münasibətilə Polad Həşimovun evində olub
Yerləşdirilmə tarixi : 09 Noyabr 2025 16:47
Sumqayıt Dövlət Universitetinin rəhbərliyi Zəfər Günü münasibətilə Polad Həşimovun evində olub
 8 Noyabr – Zəfər Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov və universitetin rəhbər heyəti Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanı ziyarət ediblər. Ziyarət zamanı şəhidin ailəsi ilə səmimi söhbət aparılıb, Polad Həşimov üçün evdə yaradılmış guşəyə baxış keçirilib. Tədbirdə şəhid general-mayor Polad Həşimovun əziz xatirəsi ehtiramla anılıb, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət oxunub. Professor Əminağa Sadıqov söhbət zamanı general-mayor Polad Həşimovun Vətən qarşısında göstərdiyi misilsiz xidmətlərdən, onun döyüşlərdəki igidliyindən və xalq arasında qazandığı böyük hörmətdən söz açıb. O, qeyd edib ki, Polad Həşimov təkcə Azərbaycan Ordusunun deyil, bütövlükdə xalqımızın qəhrəmanlıq simvoluna çevrilib. Onun şücaəti gənc nəsil üçün, o cümlədən Sumqayıt Dövlət Universitetinin tələbələri üçün əsl vətənpərvərlik nümunəsidir. Əminağa Sadıqov qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin çoxşaxəli müdrik siyasəti, qətiyyətli sərkərdəliyi ilə qazandığımız parlaq qələbə ölkəmizin tam müstəqilliyini və ərazi bütövlüyünü bərpa etməklə yanaşı bütün şəhidlərimizin, o cümlədən general Polad Həşimovun qisasını aldı. Bu bizim ən böyük təsəllimizdir. Əminağa Sadıqov vurğulayıb ki, 8 Noyabr – Zəfər Günü kimi şanlı bir gündə şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət etmək həm universitet kollektivi, həm də bütün azərbaycanlılar üçün mənəvi borcdur. Sonda Əminağa Sadıqov qəhrəman oğul böyütdüyünə görə Səmayə xanıma minnətdarlığını ifadə edib, şəhidin ailəsinə bir daha başsağlığı verib, dövlətin və xalqın şəhidlərimizin ruhuna və ailələrinə olan ehtiramının hər zaman yüksək tutulduğunu bildirib. Səmayə xanım da öz növbəsində dövlətimizin başçısına və bütövlükdə azərbaycan xalqına onun oğlunun xatirəsinə göstərdikləri ehtirama görə minnətdarlığını bildirib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az