Sumqayıt Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
Noyabrın 8-də Sumqayıt Şəhidlər xiyabanında 8 Noyabr – Zəfər Günü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., professor Əminağa Sadıqov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin SDU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Zəfər Gününün Azərbaycan xalqının tarixində ən şərəfli səhifələrdən biri olduğunu bildirib. O vurğulayıb ki, bu möhtəşəm Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun igidliyi və xalqımızın sarsılmaz birliyi nəticəsində mümkün olub. Çıxışlarda qeyd olunub ki, 8 Noyabr – Zəfər Günü xalqımızın milli iradəsinin, qəhrəmanlıq ruhunun və dövlətimizin qüdrətinin təntənəsidir. Tədbir iştirakçıları Şəhidlər xiyabanında ucaldılmış “Qalib əsgər” abidəsi önünə və şəhidlərin məzarları üzərinə gül dəstələri qoyaraq onların əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhərdə keçirilən ağacəkmə aksiyasında iştirak edərək şəhidlərin xatirəsinə “yaşıl zəfər zolağı” salıblar.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)