Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Gender bərabərliyi və sosial ədalət: tarixi və müasir baxış” mövzusunda elmi-praktik tədbir keçirilib
Yerləşdirilmə tarixi : 13 Noyabr 2025 15:02
“Gender bərabərliyi və sosial ədalət: tarixi və müasir baxış” mövzusunda elmi-praktik tədbir keçirilib
 Noyabrın 12-də Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsində “Gender bərabərliyi və sosial ədalət: tarixi və müasir baxış” mövzusunda elmi-praktik tədbir keçirilib. Tədbir Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının təşkilatçılığı ilə baş tutub. Əvvəlcə tədbir iştirakçıları Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, gender bərabərliyi təkcə sosial hüquq və imkanların deyil, həm də cəmiyyətin inkişafı və demokratiyanın göstəricisidir. Azərbaycanın qadınların təhsil, əmək və idarəetmədə rolunun artırılmasını prioritet istiqamət kimi müəyyən etdiyi, bu sahədəki nailiyyətlərin isə beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyi vurğulayıb. Sonra Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov “Gender bərabərliyinin tarixi inkişaf mərhələləri və sosial ədalət prinsiplərinin formalaşması” mövzusunda məruzə ilə çıxış edib. Professor çıxışında gender bərabərliyinin tarixi inkişafından danışaraq, qadınların sosial-iqtisadi həyatda iştirakının qədim dövrlərdən artdığını qeyd edib. Vurğulayıb ki, müasir gender siyasəti bərabərlik, ədalət və sosial məsuliyyət prinsiplərinə əsaslanmalı, sosial ədalət olmadan real bərabərlik mümkün deyil. Buna görə də təhsil, əmək və qərar qəbuletmədə qadın və kişilərin bərabər iştirakı dövlət siyasətinin əsas prioritetidir. Tədbirdə tələbələr: Aydın Qasımov “Azərbaycan tarixində qadınların ictimai-siyasi həyatda rolu: keçmişdən bu günə”, Xədicə Məhərrəmova “Müasir cəmiyyətdə gender bərabərliyi və sosial ədalət: problem və perspektivlər” mövzularında çıxış ediblər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az