Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tələbələrarası şahmat yarışı keçirilib
Yerləşdirilmə tarixi : 17 Noyabr 2025 09:33
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tələbələrarası şahmat yarışı keçirilib
Noyabrın 15-də Sumqayıt Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tələbələrarası şahmat yarışı keçirilib. Yarışda universitetin və onun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri iştirak ediblər. Sonra universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxış edərək bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Bu il dövlətimizin müstəqilliyini, suverenliyini və hüquqi əsaslarını qorumaq, bu dəyərləri gənc nəsil arasında təbliğ etmək baxımından xüsusi önəm kəsb edir. Prorektor çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Tarix və coğrafiya fakültəsinin komandası I yerə, İqtisadiyyat və idarəetmə fakültəsinin komandası II yerə, Riyaziyyat fakültəsinin komandası isə III yerə layiq görülüb.
Sonda qaliblər sertifikatlarla təltif olunublar.
 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az