Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “İnnovativ dərs üsulları və onların tədris prosesinə tətbiqi” mövzusunda seminar keçirilib
Yerləşdirilmə tarixi : 17 Noyabr 2025 10:03
“İnnovativ dərs üsulları və onların tədris prosesinə tətbiqi” mövzusunda seminar keçirilib
 Noyabrın 17-də Riyazi analiz və diferensial tənliklər kafedrasının təşkilatçılığı ilə “İnnovativ dərs üsulları və onların tədris prosesinə tətbiqi” adlı seminar keçirilib. Tədbiri kafedra müdiri, dosent Xəyalə Seyfullayeva açaraq seminarın məqsədi barədə məlumat verib. O, innovativ dərs üsullarının müasir ali təhsil sistemində əhəmiyyətini vurğulayaraq bu sahədə görülən işlər, mövcud təcrübələr və perspektiv inkişaf istiqamətləri haqqında danışıb. Sonra dosent Vüsalə Babacanova çıxış edərək innovativ yanaşmaların dərs prosesində səmərəliliyi artırması, tələbələrdə öyrənmə motivasiyasını gücləndirməsi və interaktiv mühitin formalaşdırılmasına verdiyi töhfələr haqqında məlumat verib. Seminar çərçivəsində tələbə komandaları “Sənayedə riyaziyyatın tətbiqləri” və “Riyazi analizin energetikada tətbiqləri” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimatlarda riyaziyyatın sənaye sahələrində real tətbiq imkanları, analitik metodların müasir istehsal proseslərində rolu, həmçinin energetika sahəsində riyazi modellərin əhəmiyyəti izah edilib. Çıxışlardan sonra mövzular ətrafında müzakirələr aparılıb, tələbələrin təklifləri dinlənilib. Tədris Metodiki Mərkəzin direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elnarə Məmmədova innovativ dərs metodlarının tətbiqi barədə fikirlərini bölüşərək seminarın əhəmiyyətini vurğulayıb. Sonda Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova və Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev tədbirin təşkilinə görə kafedraya təşəkkür edib, tələbələrə öz dəyərli tövsiyələrini bildiriblər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az