Sumqayıt Dövlət Universitetində IX Debat natiqlik turnirinin final mərhələsi keçirilib
Noyabrın 15-də Sumqayıt Dövlət Universitetində Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən Debat Klubunun təşkilatçılığı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Daha sərt cinayət cəzalarının tətbiq edilməsi cinayət hadisələrinin azalmasında ən effektiv yoldur” mövzusu üzrə IX Debat natiqlik turnirinin final mərhələsi keçirilib. Tədbirdə çıxış edən Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov debat mədəniyyətinin gənclərin düşüncə, nitq və arqumentasiya bacarıqlarının formalaşmasında xüsusi rolunu vurğulayıb, iştirakçılara uğurlar arzulayıb. Debat Klubunun sədri Günay Ramazanova turnirin gedişi, komanda iştirakçılığı və qiymətləndirmə prosesi barədə məlumat verib. Noyabırın 2-də baş tutan yarımfinal mərhələsində iştirak edən 16 komanda arasından yalnız iki komanda, Filologiya fakültəsini təmsil edən “Carina” və Təbiət elmləri fakültəsinin “Revolt” komandası finala yüksəlib. Final qarşılaşmasında təsdiq mövqeyində “Carina”, inkar mövqeyində isə “Revolt” komandası çıxış edib. Debatın nəticəsinə əsasən “Carina” komandası turnirin qalibi elan olunub. Tədbirin sonunda qalib komanda kubok, həmçinin ən yaxşı natiqlər, hakim və təmsilçilər, eləcə də final mərhələsində iştirak edən komanda üzvləri sertifikatlarla və medallarla təltif olunub.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)