Sumqayıt Dövlət Universitetində “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində növbəti məlumatlandırıcı infosessiya keçirilib
14 noyabr tarixində Sumqayıt Dövlət Universitetində Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində növbəti məlumatlandırıcı infosessiya keçirilib. Tədbirin açılışında Sumqayıt Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov iştirakçıları salamlayaraq “Əkinçi” qəzetinin yeni ziyalı nəslin formalaşmasında və təhsilin inkişafında oynadığı rolu, həmçinin müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin senzuranın ləğvi ilə media mühitinə verdiyi təkan və cənab Prezident İlham Əliyevin medianın inkişafına göstərdiyi davamlı dəstəyi vurğulayıb. Medianın İnkişafı Agentliyinin Media Dəstək Layihələri və Strateji Planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Bəxtiyar Əliyev çıxışlarında qeyd ediblər ki, media savadlılığının təşviqi günün çağırışlarından biri olmaqla yanaşı, milli təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır və gənclərin informasiya mühitində düzgün mövqe formalaşdırmasına, eləcə də sağlam informasiya davranışlarının təşviqinə əhəmiyyətli təsir göstərir. Media Təhlil Mərkəzinin nümayəndəsi, araşdırmaçı jurnalist Yunis Orucov çıxışında Azərbaycan gəncliyinin Vətən müharibəsi dönəmində nümayiş etdirdiyi birlik və iradəni xatırladaraq araşdırma jurnalistikasının əsas prinsipləri olan obyektivlik, faktlara söykənmə və mənbələrin etibarlılığının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, iştirakçıların suallarını cavablandırıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)