Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Bir müəllim – bir tələbə” adlı seminar
Yerləşdirilmə tarixi : 21 Noyabr 2025 16:24
“Bir müəllim – bir tələbə” adlı seminar
 Noyabrın 21-də Tədris Metodiki Mərkəzin və Riyazi Analiz və Diferensial Tənliklər kafedrasının birgə təşkilatçılığı ilə “Bir müəllim – bir tələbə” adlı seminar keçirilib. Seminarı Riyazi Analiz və Diferensial Tənliklər kafedrasının müdiri, dosent Xəyalə Seyfullayeva açaraq belə görüşlərin tələbələrin inkişafında, peşə yönümünün formalaşmasında və universitetdə sağlam elmi mühitin yaranmasında mühüm rol oynadığını qeyd edərək, tələbələri seminardan faydalanmağa çağırıb. Riyaziyyat üzrə fəlsəfə doktoru Telman Qasımovun rəhbərliyi ilə hazırlanan məruzəni Riyaziyyat fakültəsinin IV kurs tələbəsi Rasim Ələsgərov təqdim edib. O, “Dörd tərtibli xətti diferensial tənlik üçün müxtəlif spektral məsələlər və onların xüsusi törəməli diferensial tənliklər üçün sərhəd məsələlərinə tətbiqi” mövzusu üzrə araşdırmalarını təqdim edərək, məsələnin həllini əyani nümayiş etdirib, tələbələrin suallarını cavablandırıb. Sonra Tədris Metodiki Mərkəzin direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elnarə Məmmədova seminarın əhəmiyyətini vurğulayaraq müəllimlərin bu prosesdəki rəhbərliyinin və dəstəyinin tələbələrin inkişafında mühüm rol oynadığını qeyd edib. Sonda Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova çıxış edərək, belə görüşlərin tələbələrin elmi bacarıqlarını inkişaf etdirməsinə böyük töhfə verdiyini qeyd edib, tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az