Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti “QS Avrasiya Forumu 2025” tədbirində iştirak edir
Yerləşdirilmə tarixi : 26 Noyabr 2025 12:13
Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti “QS Avrasiya Forumu 2025” tədbirində iştirak edir

 Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndə heyəti 25-26 noyabr tarixlərində Daşkənd şəhərində keçirilən “QS Avrasiya Forumu 2025” tədbirində iştirak edir. Forum QS Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı və Özbəkistan Respublikasının Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə “Əlaqələrin genişləndirilməsi: Ali təhsildə qlobal əməkdaşlığın qurulması” mövzusunda təşkil olunub. Tədbirdə SDU-nu rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Forumun əsas istiqaməti ali təhsil mühitində beynəlxalq əməkdaşlığın yeni mərhələyə daşınması, elmi-tədqiqat potensialının inkişafı, innovativ yanaşmaların dəstəklənməsi və Avrasiya universitetlərinin qlobal rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib. Tədbir çərçivəsində Sumqayıt Dövlət Universiteti ilə Qırğız Milli Universiteti arasında görüş keçirilib, elmi əməkdaşlığın, tələbə-müəllim mübadiləsinin, ortaq tədqiqat layihələrinin və innovativ akademik təşəbbüslərin genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun imzalanması SDU-nun beynəlxalq tərəfdaşlıq xəritəsinin genişlənməsi, regional və qlobal elmi inteqrasiyanın gücləndirilməsi istiqamətində atılmış mühüm strateji addım kimi qiymətləndirilir. Forumun sonunda “QS Stars” audit qiymətləndirməsi üzrə əldə etdiyi nəticələrə görə SDU-ya müvafiq sertifikat təqdim edilib. Bu nailiyyət universitetin beynəlxalq standartlara uyğun fəaliyyətini, elmi və tədris çevikliyini, qlobal ali təhsil məkanında mövqeyinin möhkəmləndiyini təsdiqləyir. Qeyd edək ki, tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, eləcə də Azərbaycanın yeddi aparıcı ali təhsil müəssisəsinin nümayəndə heyətləri iştirak edib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az