Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Effektiv ünsiyyət və müəllimlik bacarıqları” mövzusunda təlim keçirilib
Yerləşdirilmə tarixi : 27 Noyabr 2025 14:16
“Effektiv ünsiyyət və müəllimlik bacarıqları” mövzusunda təlim keçirilib

 Noyabrın 27-də Sumqayıt Dövlət Universitetində (SDU) Həmkarlar İttifaqı Komitəsi və İnsan Resursları şöbəsinin birgə təşkilatçılığı ilə “Effektiv ünsiyyət və müəllimlik bacarıqları” mövzusunda təlim keçirilib. Tədbiri açan SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov belə təlimlərin müəllimlərin peşəkar inkişafında mühüm rol oynadığını vurğulayaraq, müəllim–tələbə kommunikasiyasının əhəmiyyəti və emosional yanaşma ilə səmərəli ünsiyyət qurulması məsələlərinə toxunub. Sonra Tədris Metodiki Mərkəzin əməkdaşı, təlimçi Aynurə Bağırova çıxış edərək, ünsiyyətin əsas prinsipləri, fəal dinləmə texnikaları, emosional intellektin kommunikasiya prosesindəki rolu, nitqin strukturlaşdırılması və auditoriya ilə effektiv əlaqə qurma üsulları kimi mövzular barədə danışıb. O, həmçinin bədən dili, jestlər, mimikalar və göz təması kimi elementlərin insan münasibətlərinin formalaşmasındakı əhəmiyyətini vurğulayıb. Təlim interaktiv formatda davam edərək, mövzu ilə bağlı maarifləndirici oyunlar təşkil olunub, iştirakçıların sualları cavablandırılıb, praktik nümunələr üzərində müzakirələr aparılıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az