Sumqayıt Dövlət Universitetində Malayziya universitetlərinin iştirakı ilə infosessiya keçirilib
29–30 noyabr tarixlərində Malayziya Təhsil Sərgisi çərçivəsində Sumqayıt Dövlət Universitetinə (SDU) səfər edən Malayziyanın aparıcı ali təhsil müəssisələrinin nümayəndə heyəti tələbələr üçün geniş təqdimat formatlı infosessiya keçirib. Görüşdə Putra Malayziya Universiteti, Taylor Universiteti, SEGi Universiteti, Sunway Universitetinin təmsilçiləri iştirak ediblər. Tədbiri SDU-nun Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri Aysel Eminova açaraq, infosessiyanın məqsədi və əhəmiyyəti haqqında danışıb. Sonra universitet nümayəndələri çıxış edərək, təmsil etdikləri ali təhsil müəssisələrinin akademik proqramları, beynəlxalq əməkdaşlıq modelləri, tədris mühiti, tələbə həyatına dair imkanlar və qlobal karyera perspektivləri barədə məlumat veriblər. Həmçinin Malayziya ali təhsil sisteminin əsas üstünlükləri, xüsusən də texnologiya yönümlü tədris modelləri və sənaye ilə inteqrasiya olunmuş praktik yanaşmalar barədə təqdimat ediblər. Lingva Təlim Mərkəzinin direktoru Fidan Bağırova isə Malayziyadakı müxtəlif təqaüd proqramları, dövlət və universitet qrantları, müraciət şərtləri və seçim meyarları barədə tələbələri məlumatlandırıb. Təqaüd imkanlarının tələbələrin beynəlxalq təhsil yoluna çıxış üçün mühüm şans yaratdığı xüsusi vurğulanıb. Tədbir interaktiv şəkildə davam edib, tələbələrin çoxsaylı sualları cavablandırılıb, akademik mübadilə, praktiki təcrübə proqramları və gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)