Sumqayıt Dövlət Universitetində Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş elmi seminar keçirilib
Dekabrın 2-də Sumqayıt Dövlət Universitetində (SDU) tərəfdaş universitetlərin Tələbə Elmi Cəmiyyətlərinin (TEC) təşkilatçılığı ilə akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş elmi seminar keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Seminar SDU-nun TEC sədri Nübar Rəhimovanın moderatorluğu ilə təşkil olunub. Tədbiri SDU-nun Elm və innovasiyalar üzrə prorektoru, dosent Elşad Abdullayev açaraq iştirakçıları salamlayıb. Prorektor bildirib ki, seminarın təşəbbüsü Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) gəlib və hazırda Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və digər ali təhsil müəssisələrinin Tələbə Elmi Cəmiyyətlərinin üzvləri SDU-da bir araya gəliblər. Bu cür seminarların əsas məqsədi tələbələr arasında elmi əlaqələrin genişləndirilməsi, təcrübə və bilik mübadiləsinin təşviq edilməsidir. Elşad Abdullayev çıxışında Sumqayıtın böyük sənaye və iqtisadi potensialını vurğulayaraq bildirib ki, 76 illik inkişaf yolu keçmiş, ölkəmizin ikinci ən böyük sənaye mərkəzi olan Sumqayıtın yeganə ali təhsil müəssisəsi olan SDU-da belə elmi seminarların təşkili son dərəcə əhəmiyyətlidir. Məhz bu səbəbdən seminar “Neft və qazın emalında müasir yanaşmalar” mövzusuna həsr olunub. Prorektor həmçinin universitetin tədris fəaliyyəti, fakültələri, ixtisasları və son illərdə beynəlxalq reytinqlərdə əldə etdiyi uğurlar barədə məlumat verib. O bildirib ki, bu gün SDU-da 6500-dən çox tələbə təhsil alır və universitet geniş profilli ali təhsil müəssisəsi kimi müəllim, tədqiqatçı, iqtisadçı və mühəndis hazırlığı aparır. Sonra elmi seminar panel müzakirələri ilə davam edib. Spiker qismində: SDU-nun Kimya kafedrasının müdiri Musa Mustafayev, BP-Azərbaycanın sahə rəisi Nəsimi Məmmədov, SOCAR-ın neft və qaz çıxarma üzrə supervayzeri Səbirxan Mahmudov çıxış ediblər. Məruzəçilər akademik Yusif Məmmədəliyevin elmi irsinin Azərbaycan kimya elminin inkişafındakı müstəsna rolundan, onun çoxşaxəli fəaliyyətindən, ölkəmizdə neft və qaz sənayesinin inkişaf mərhələlərindən, ekologiya məsələlərindən, eləcə də dünyanın yaşıl enerji istiqamətində keçid prosesindən danışıblar. Həmçinin SOCAR və bp şirkətlərinin mövcud fəaliyyət istiqamətləri, yeni texnologiyaların tətbiqi və gələcək hədəfləri barədə məlumat verilib. Seminarın sonunda iştirakçılar SDU-nun Energetika Poliqonu ilə tanış olublar.

.jpg)
.jpg)
.jpg)
.jpg
)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)